Maykl Cordanın oğlu həbs edildi

27-09-2021, 00:03           
Maykl Cordanın oğlu həbs edildi
ABŞ-ın Arizona ştatında amerikalı basketbolçu Maykl Cordanın oğlu Cefri xəstəxana işçilərinə etdiyi hücumdan sonra polis əməkdaşları tərəfindən saxlanılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə yerli “ABC15” telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə Skotsteyl şəhərində baş verib. Belə ki, keçmiş basketbolçu Cefri Cordan klubların birində baş nayihəsindən xəsarət alıb. O yaxınlıqdakı xəstəxanaya aparılıb. 32 yaşlı Cefrinin müalicə olunarkən xəstəxana işçilərinə hücum etdiyi iddia edilir.

Nəticədə məşhur basketbolçunun oğlu saxlanılaraq şəhər həbsxanasına aparılıb. Lakin bir saatdan sonra sərbəst buraxılıb./Report












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.