Ronaldu "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir

28-09-2021, 00:06           
Ronaldu "Mançester Yunayted"in baş məşqçisi olmaq istəyir
Portuqaliya millisinin və İngiltərənin "Mançester Yunayted" komandasının futbolçusu Kriştianu Ronaldu peşəkar karyerasını başa vurduqdan sonra məşqçiliyə başlamağı planlaşdırır.

Cebhe.info xəbər verir ki, 36 yaşlı hücumçu gələcəkdə "qırmızı şeytanlar"ın gənclər komandasına başçılıq etmək istəyir.

Bu, təcrübəli forvarda Mançester təmsilçisinin akademiyasında yenicə məşqlərə başlayan oğlunun inkişafını izləmək imkanı verəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu cari mövsümdə "Mançester Yunayted"də meydana çıxdığı 3 oyunda 3 qol vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.