Məşhur futbolçu ABŞ klubundan qovulub

28-09-2021, 00:02           
Məşhur futbolçu ABŞ klubundan qovulub
ABŞ-ın "Tsintsinnati" futbol klubunun baş məşqçisi Yap Stam istefaya göndərilib.

Cebhe.info xəbər verir ki, niderlandlı mütəxəssisin qovulmasına uğursuz nəticələr səbəb olub.

Şərq konfransında mübarizə aparan və son 7 oyunun 6-da uduzan komanda hazırda 20 xalla 14 klub arasında 13-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində ölkəsinin PSV, "Ayaks", İngiltərənin "Mançester Yunayted", İtaliyanın "Milan" və "Latsio" komandalarında çıxış etmiş Yap 2020-ci ilin mayında "Tsintsinnati" klubuna baş məşqçi təyin olunmuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.