Azərbaycanın şahmat yığması dünya çempionatına heç-heçə ilə başlayıb
28-09-2021, 00:07
Azərbaycanın qadın şahmatçılardan ibarət yığması İspaniyanın Sidjes bölgəsində keçirilən dünya çempionatında ikinci görüşündə Ermənistan idmançıları ilə heç-heçə edib.
Cebhe.info xəbər verir ki, tərkibi Günay Məmmədzadə, Gülnar Məmmədova, Türkan Məmmədyarova və Zeynəb Məmmədyarovadan ibarət olan kollektiv A qrupundakı ikinci görüşündə Ermənistan təmsilçiləri ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə başa çatıb.
Günay Məmmədzadə Elina Danielyana, Gülnar Məmmədova Lilit Mkrtçyana qalib gəlib. Türkan Məmmədyarova Anna Sarqsyana, Zeynəb Məmmədyarova Susanna Qaboyana məğlub olub.