Premyer Liqa tarixində ilk braziliyalı

17-10-2021, 12:37           
Premyer Liqa tarixində ilk braziliyalı
İngiltərə Premyer Liqasının 8-ci turunda "Uotford"la keçirilən görüş “Liverpul”un hücumçusu Roberto Firmino üçün əlamətdar olub.

Press.az xəbər verir ki, 30 yaşlı futbolçu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.

Braziliya millisinin üzvü bununla Premyer Liqa karyerasında ikinci dəfə het-trik müəllifi olub. Firmino ilk dəfə 2018-ci il “Arsenal”la görüşdə 3 qol vurmuşdu. Bununla o, İngiltərə çempionatında birdən çox het-trikə imza atan ilk braziliyalı kimi tarixə düşüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.