Mahir Emreli aparıcı klubların hədəfində

17-10-2021, 12:38           
Mahir Emreli aparıcı klubların hədəfində
Mahir Emreli Avropanın aparıcı klublarının maraq dairəsinə düşüb.

Axar.az Fanat.az-a istinadla xəbər verir ki, Almaniyanın "Herta Berlin", "Hoffenmhaym" və "Borussiya" (Mönxenqladbax), İtaliyanın "Fiorentina", Fransanın "Lill", Danimarkanın "Midtüllan" və Çexiyanın "Slaviya" (Praqa) klubları "Legia"da çıxış edən futbolçumuzla maraqlanır.

Məlumata görə, həmin klubların skautları 24 yaşlı hücumçunun oyununu izləyəcəklər. Onlar forvardı iş başında görmək üçün Varşava təmsilçisinin evdə "Lex"ə qarşı keçirəcəyi Ekstraklasanın XII tur matçına tribunadan canlı baxacaqlar.

Qeyd edək ki, bu gün oynanılacaq "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.