"Ayaks"ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb

8-12-2021, 12:24           
"Ayaks"ın futbolçusu Ronaldunun rekordunu təkrarlayıb
Niderlandın "Ayaks" klubunun futbolçusu Sebastyen Alle İngiltərə "Mançester Yunayted"ində çıxış edən Kriştianu Ronaldunun rekordunu təkrarlayıb.

"Report"un məlumatına görə, 27 yaşlı hücumçu buna Çempionlar Liqasının qrup mərhələsindəki bütün matçlarda fərqlənməklə nail olub.

Forvard son olaraq evdə Portuqaliyanın "Sportinq" komandasına 4:2 hesabı ilə qalib gəldikləri VI tur görüşündə hesabı açıb. O, hazırkı mövsümdə 10 qolla yarışın bombardiridir.

Qeyd edə ki, "Ayaks" C qrupunu 18 xalla birinci pillədə başa vurub və bütün görüşlərdə qələbə qazanmaqla Niderland futbolu tarixində ilkə imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.