İspaniya Super Kuboku: “Real Madrid”in finaldakı rəqibi müəyyənləşdi - VİDEO

14-01-2022, 09:26           
İspaniya Super Kuboku:
Futbol üzrə İspaniya Super Kubokunda yarımfinal mərhələsinin növbəti oyunu keçirilib.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Fahd” stadionunda oynanılan görüşdə Madrid “Atletiko”su ilə Bilbao “Atletik”i üz-üzə gəlib.

Matç "Atletik"in qələbəsi ilə yekunlaşıb - 2:1. Hər 3 top ikinci hissədə qalib komandanın futbolçuları tərəfindən vurulub. 62-ci dəqiqədə Unay Simon topu öz qapısına göndərib. 77-ci dəqiqədə Yeray bərabərlik, 81-ci dəqiqədə Nikolas Uilyams qələbə topuna imza atıb.

Beləliklə, finala yüksələn “Atletik” yarımfinalda “Barselona”nı 3:2 hesabı ilə məğlub etmiş “Real Madrid”ə rəqib olub. Həlledici qarşlaşma yanvarın 16-də keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru