“Avropanın Ən Güclü Adamı – 2022” yarışmasının qalibi ukraynalı Aleksey Novikov olub

7-04-2022, 12:35           
“Avropanın Ən Güclü Adamı –
Ukraynalı idmançı Aleksey Novikov rəqibi, “Sreongest Man” kimi bir çox yarışların qalibi olmuş Luka Stoltmanı məğlub edərək 2022-ci ildə Avropanın ən güclü adamı adına sahib çıxıb. Bu barədə muscleandfitness.az-a danışan Aleksey Novikov qeyd edib ki, “Avropanın Ən Güclü Adamı 2022” yarışması bu ilin 2 aprelində İngiltərənin Lids şəhərindəki First Direct Arenasında baş tutub. A.Novikov sözlərinə görə, bir günlük yarışmada dünyanın ən elitar güclülərinin iştirak etdiyi və kifayyət qədər güc cəsarətləri ilə seçilən rəqiblərinə qalib gəlməsi onun üçün elə də asan olmayıb.

“Təsəvvür edin ki, dünyanın ən güclülərinə və eyni zamanda kifayyət qədər güc cəsarətləri ilə seçilən rəqiblərə qalib gəlmək üçün sizin cəmi bir gün vaxtınız var. Ümumiyyətlə “Sreongest Man” kimi idman növləri çox böyük güc və enerji tələb edir. Başqa idman növlərindən fərqli olaraq “Sreongest Man” yarışmasında idmançının istirahət etmək üçün vaxtı olmur. Mərhələli şəkildə qalib gəldikcə, ardıcıl olaraq daha ağır güc sərf ediləsi rəqiblə qarşılaşmalı olursan. Bir neçə saniyə ərzində çəkisi tonllarla ölçülən ağır daşları, dəmirləri, və müxtəlif ağır alətləri, daşımaq, qaldırmaq həddən artıq çox çətindir” – deyə Aleksey Novikov bildirib.

Qeyd edək ki, Aleksey Novikov ötən ay “Arnold Strongman Classic”-də ikinci yerin qalib olub. O bununla da artıq dünya güclüləri sırasında favoritlərdən biri kimi tanınır.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.