Şahmatçımızın yazdığı statusla bağlı bağlı Federasiyadan RƏSMİ AÇIQLAMA

8-04-2022, 00:00           
Şahmatçımızın yazdığı statusla bağlı bağlı Federasiyadan RƏSMİ AÇIQLAMA
Şahmat üzrə Azərbaycan milli komandasının üzvü Rauf Məmmədovun FIDE bayrağı altında yarışlarda iştirakdan imtina etməsi ilə bağlı yazdığı fikirlərə Şahmat Federasiyasından münasibət bildirilib.

Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) vitse-prezidenti Mahir Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib ki, R.Məmmədov yazdıqlarına özü aydınlıq gətirib:

"Rauf Məmmədov özü yazdığı postla bağlı fikirlərinə ətraflı izah verdi. Hesab edirəm ki, onun açıqlamasından sonra əlavə şərhə ehtiyac yoxdu.

FİDE rəhbəri Arkadiy Dvorkoviçə gəlincə, Beynəlxalq Şahmat Federasiyasının prezidenti Ukraynadakı hadisələrə münasibətini aydın şəkildə göstərib, tamamilə sülh tərəfdarı olduğunu söyləyib. A.Dvorkoviç böyük çətinliklərlə üzləşən Ukraynanın dinc əhalisinin yanında olduğunu bildirib.

İdmançıya yaraşmayan açıqlamalarla gündəmə gələn Rusiya şahmatçısı Sergey Karyakin FİDE tərəfindən tənqid olunub və sanksiyaya məruz qalıb.

Karyakin ən azı 6 ay şahmat yarışlarından uzaqlaşdırılıb. FİDE ailəsi heç vaxt hərbi hadisələrin tərəfdarı olmayıb və sülhün bərqərar olmasını arzulayır”, - deyə M.Məmmədov əlavə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.