Millimizin hücumçusu məşhur klubların istədiyi oğlu ilə müqayisə edilməsinə razı olmadı

11-04-2022, 00:04           
Millimizin hücumçusu məşhur klubların istədiyi oğlu ilə müqayisə edilməsinə razı olmadı
«Mənim karyeram onunki kimi olmayıb».
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan yığmasının sabiq hücumçusu Badri Kvaratsxeliya deyib.

O, adı «Napoli» və «Arsenal»la yanaşı hallanan oğlu Xviçanın perspektivi haqda fikirlərini bölüşüb.

Vaxtilə ölkəmizdə «Kəpəz» və «Şəmkir»in formasını geyinmiş keçmiş forvard əməkdaşımızın «razılaşırsız ki, 21 yaşlı Xviça futbolçu kimi atasından daha güclüdür» sualını belə cavablandırıb:

«Özüm haqqında danışmağı xoşlamıram. Nəyə qadir olduğumu, müsbət və mənfi tərəflərimi siz daha yaxşı görmüsüz.

Amma çox istəyirəm ki, Xviça indikindən daha yaxşı olsun».












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru