"Mançester Siti" - "Liverpul" matçında qalib müəyyənləşməyib VİDEO

11-04-2022, 00:04           
"Mançester Siti" - "Liverpul" matçında qalib müəyyənləşməyib  VİDEO
Futbol üzrə İngiltərə Premyer Liqasında XXXII tura mərkəzi oyunla yekun vurulub.

"Report"un məlumatına görə, cari mövsüm çempionluğa iki əsas namizəd - "Mançester Siti" və "Liverpul" klubları üz-üzə gəliblər. "Etihad" stadionundakı matçda qalib müəyyənləşməyib - 2:2.

Görüşdə hesabı meydan sahibləri erkən qolla açıblar. 5-ci dəqiqədə Kevin De Brüyne komandasını önə keçirib. Lakin "şəhərlilər"in üstünlüyü cəmi 8 dəqiqə çəkib. Dioqu Jota hesabı bərabərləşdirib. 36-cı dəqiqədə Qabriel Jezus "Liverpul"u yenidən meydanın mərkəzinə dəvət edib. 46-cı dəqiqədə isə mersisaydlıların heyətində Sadio Mane yekun hesabı müəyyənləşdirib.

Bu nəticədən sonra xallarını 74-ə çatdıran "Mançester Siti" zirvədəki mövqeyini qoruyub. Liderdən 1 xal geri qalan "Liverpul" isə 2-ci pillədə qərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru