"Fənərbağça" "Qalatasaray"a qalib gələrək, 2-ci pilləyə yüksəlib

11-04-2022, 06:48           
"Fənərbağça" "Qalatasaray"a qalib gələrək, 2-ci pilləyə yüksəlib
Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutub. "Report"un məlumatına görə, XXXII tura təsadüf edən prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"la qarşılaşıb. "Ülkər" stadionunda oynanılan "sarı-lacivərdlilər"in 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərindən heyətində qolları 26-cı dəqiqədə Miha Zayts və 68-ci dəqiqədə Serdar Dursun vurublar.

Bu qələbədən sonra xallarını 59-a çatdıran "Fənərbağça" 2-ci pilləyə yüksəlib. "Qalatasaray" isə 41 xalla 14-cü pilləyə geriləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru