Kərim Benzema “Qızıl top”u qazanmağa ən real namizəddir

12-04-2022, 08:48           
Kərim Benzema “Qızıl top”u qazanmağa ən real namizəddir
Fransız hücumçu Kərim Benzema “Qızıl top”a namizəd olan futbolçular arasında liderdir.

Reytinqin əvvəlki versiyasında “Real”ın (Madrid) hücumçusu “Bavariya”nın forvardı Robert Levandovskidən bir pillə aşağıda - 2-ci yerdə qərarlaşmışdı.

Qeyd edək ki, ilk 20-liyə nə PSJ-nin hücumçusu Lionel Messi, nə də “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo daxil edilib.

“Qızıl top”u qazanmağa namizəd olan futbolçuların reytinqi isə bu ardıcıllıqla gəlir:

1. Kərim Benzema – “Real” (Madrid)

2. Robert Levandovski – “Bavariya” (Münhen)

3. Məhəmməd Salah – “Liverpul”

4. Kilian Mbappe - PSJ

5. Luka Modriç – “Real” (Madrid)

Mənbə: Goal.com












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.