Messinin şəkli olan stiker hərracda yüksək qiymətə satıldı - FOTO

13-04-2022, 09:35           
Messinin şəkli olan stiker hərracda yüksək qiymətə satıldı - FOTO
Argentina millisinin hücumçusu Lionel Messinin şəkli olan stiker hərracda 522 000 dollara (təxminən 888 min manata) satılıb.

Stiker İtaliyanın “Panini” şirkəti tərəfindən 2014-cü ildə Braziliyada keçirilmiş futbol üzrə dünya çempionatı üçün hazırlanıb.


Qeyd olunur ki, sözügedən stikerlərdən cəmi on ədəd buraxılıb, lakin onlardan yalnız ikisinin harada saxlanıldığı məlumdur.

Stikerin satıcısı anonim qalmaq istəyib.

Qeyd edək ki, “Panini” şirkəti dünya və Avropa çempionatları, həmçinin digər böyük turnirlər üçün ixtisaslaşmış məhsullar nəşr edir.

Officelife.media












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru