Rəşad Nəbiyevə yeni vəzifə verildi

14-04-2022, 09:48           
Rəşad Nəbiyevə yeni vəzifə verildi
Azərbaycan Cüdo Federasiyasının (ACF) prezidenti Rəşad Nəbiyevə Beynəlxalq Cüdo Federasiyasında (İJF) yeni vəzifə verilib.

Qafqaz.media İJF-nin rəsmi saytına istinadən xəbər verir ki, o, ali cüdo qurumu nəzdindəki Yeni Texnologiya və Yüksək Keyfiyyət Komissiyasının sədri təyin olunub.

Komissiya daha yüksək nəticələrə imkan yaratmaq üçün müasir texnologiyalar, onların idmançıların mənafeyi naminə uyğunlaşdırılması və tətbiqi ilə məşğul olacaq.

Komissiyanın direktoru gürcüstanlı idmançı, məşqçi və menecer kimi cüdoda iş təcrübəsinə malik David Kevxişvili olacaq.

Sədr və direktor cüdonu inkişaf etdirəcək, bu növün inkişafına yardımçı olacaq, onu idmançıların fərdi irəliləyişi, elə də cəmiyyətin xeyrinə müasir vasitə kimi inteqrasiya etdirəcək.

Qeyd edək ki, Rəşad Nəbiyev ACF prezidenti vəzifəsinə 2021-ci il noyabrın 1-də seçilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru