Avropa Liqasında ilk yarımfinalçı müəyyənləşdi

15-04-2022, 00:18           
Avropa Liqasında ilk yarımfinalçı müəyyənləşdi
UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

Redaktor.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyununda İtaliyada "Atalanta"nı 2:0 hesabı ilə məğlub edən Almaniya "Leyptsiq"i adını növbəti raunda yazdırıb.

Qolları 18-ci və 87-ci dəqiqələrdə Kristofer Nkunku vurub. İlk görüşdə qalib müəyyənləşməmişdi.

Bundesliqa təmsilçisi finala gedən yolda "Braqa" (Portuqaliya) - "Reyncers" (Şotlandiya) cütünün güclüsü ilə üz-üzə gələcək. Yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

Qeyd edək ki, 1/4 finalın digər 3 cavab oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Avropa Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

20:45. "Atalanta" (İtaliya) - "Leyptsiq" (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87 (pen.)

İlk oyun - 1:1



23:00. "Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya)

İlk oyun - 1:1

23:00. "Lion" (Fransa) - "Vest Hem" (İngiltərə)

İlk oyun - 1:1

23:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya)

İlk oyun - 0:1












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru