Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum olub - YENİLƏNİB + VİDEO

15-04-2022, 08:34           
Konfrans Liqası: Yarımfinala yüksələn bütün komandalar məlum olub - YENİLƏNİB + VİDEO
UEFA Konfrans Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.

İngiltərə "Lester"indən sonra Fransanın "Marsel", Niderlandın "Feyenoord" və İtaliyanın "Roma" klubları mərhələ adlayıblar.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Fransa "Marsel"i 1/4 finalın cavab matçında Yunanıstanda PAOK-la üz-üzə gəlib. Minimal hesablı qələbə qazanan Marsel şəhərinin eyniadlı təmsilçisi yarımfinala yüksəlib. Yeganə qolu 34-cü dəqiqədə Dmitri Payet vurub. Fransa klubu ilk görüşdə də rəqibini məğlub etmişdi.

"Roma" evdə Norveçin "Budyo Qlimt" klubunu sınağa çəkib. İlk oyunda 1:2 hesabı ilə uduzan "canavarlar" məğlubiyyətin əvəzini 4 cavabsız qolla çıxıblar.

"Feyenoord" isə Çexiyada Praqa "Slaviya"sına 2:1 hesabı ilə qalib gəlib. Niderlanddakı qarşılaşmada heç-heçə qeydə alınmışdı.

Beləliklə, yarımfinalda "Lester" "Roma" ilə, "Feyenoord" isə "Marsel"lə üz-üzə gələcək. Bu mərhələnin ilk oyunları aprelin 28-də, cavab matçları isə mayın 5-də baş tutacaq.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

14 aprel

"Slaviya" Praqa (Çexiya) - "Feyenoord" (Niderland) - 1:3

Qollar: İbrahim Traore, 14 - Siril Dessers, 2; 59. Luis Sinisterra, 78

Qırmızı vərəqə: Taras Kaçaraba, 90+4 ("Slaviya")

İlk oyun - 3:3

PAOK (Yunanıstan) - "Marsel" (Fransa) - 0:1

Qol: Dmitri Payet, 34

İlk oyun - 1:2

"Roma" (İtaliya) - "Budyo Qlimt" (Norveç) - 4:0


Qollar: Temmi Abraham, 5. Nikolo Dzanyolo, 23; 29; 49

İlk oyun - 1:2

23:07

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

İngiltərə “Lester”i Niderlandda PSV ilə qarşılaşıb.

Rəqibini 2:1 hesabı ilə məğlub edən qonaqlar yarımfinala adlayıblar.

UEFA Konfrans Liqası, 1/4 final

Cavab oyunları

PSV (Niderland) - "Lester" (İngiltərə) - 1:2


Qollar: Eran Zahavi, 27 - Ceyms Meddison, 77. Rikardu Pereyra, 88

İlk oyun - 0:0












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru