Avropa Liqası: Yarımfinalçılar bəlli olub, “Barselona” mübarizəni dayandırıb - YENİLƏNİB + VİDEO

15-04-2022, 00:04           
Avropa Liqası: Yarımfinalçılar bəlli olub, “Barselona” mübarizəni dayandırıb - YENİLƏNİB + VİDEO
UEFA Avropa Liqasında yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

Son olaraq Şotlandiya "Reyncers"i adını növbəti mərhələyə yazdırıb.

Qlazqo təmsilçisi 1/4 finalın cavab oyununda Portuqaliya "Braqa"sı ilə qarşılaşıb. Görüşün əsas vaxtı meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. İlk matçda portuqaliyalılar minimal hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb.

101-ci dəqiqədə daha bir qol vuran Şotlandiya təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib.

Beləliklə, yarımfinalda "Reyncers" Almaniya "Leyptsiq"i ilə, İngiltərə "Vest Hem"i isə Almaniya "Ayntraxt"ı ilə üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinal qarşılaşmaları aprelin 28-də və mayın 5-də olacaq.

01:02

UEFA Avropa Liqasında yarımfinalın bütün iştirakçıları bəlli olub.

1/4 finalın cavab oyunlarından sonra Almaniya "Leyptsiq"i ilə yanaşı, bu ölkənin digər təmsilçisi "Ayntraxt", İngiltərə "Vest Hem"i növbəti mərhələyə vəsiqə əldə edib.

Gecənin sensasiyası İspaniyada qeyd alınıb. Evdə "Ayntraxt"a 2:3 hesabı ilə uduzan "Barselona" mübarizəni dayandırıb. Bundan başqa, "Vest Hem" Fransada "Lion"a, "Reyncer" isə doğma meydanda Portuqaliya "Braqa"sına qalib gəlib.

Qeyd edək ki, yarımfinalda "Leyptsiq" "Reyncers"lə, "Vest Hem" isə "Ayntraxt"la qarşılaşacaq.

"Barselona" (İspaniya) - "Ayntraxt" (Almaniya) - 2:3

Qollar: Serxio Busgets, 90+1. Memfis Depay, 90+11 (pen.) - Filip Kostiç, 4; 67 (pen.). Rafael Borre, 36

Qırmızı vərəqə: Evan N Dika, 90+10 ("Ayntraxt")

İlk oyun - 1:1

"Lion" (Fransa) - "Vest Hem" (İngiltərə) - 0:3


Qollar: Kreyq Douson, 38. Deklan Rays, 44. Carrod Bouen, 48

İlk oyun - 1:1

"Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 2:1 (ƏLAVƏ VAXT)

Qollar: Ceyms Tavernye, 2; 44 (pen.) - David Karmu, 83

Qırmızı vərəqə: Vitor Tormena, 43 ("Braqa")

İlk oyun - 0:1

22:58

UEFA Avropa Liqasında yarımfinalın ilk iştirakçısı bəlli olub.

1/4 final mərhələsinin cavab oyununda İtaliyada “Atalanta”nı 2:0 hesabı ilə məğlub edən Almaniya “Leyptsiq”i adını növbəti mərhələyə yazdırıb.

“Atalanta” (İtaliya) – “Leyptsiq” (Almaniya) - 0:2

Qollar: Kristofer Nkunku, 18; 87 (pen.)

İlk oyun - 1:1

“Barselona” (İspaniya) – “Ayntraxt” (Almaniya)

İlk oyun - 1:1

23:00. “Lion” (Fransa) – “Vest Hem” (İngiltərə)

İlk oyun - 1:1

23:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya)

İlk oyun - 0:1












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.