Devid Bekhemin anasından nəvəsinə xüsusi toy hədiyyəsi - FOTO

16-04-2022, 09:27           
Devid Bekhemin anasından nəvəsinə xüsusi toy hədiyyəsi - FOTO
Devid Bekhemin anası, 73 yaşlı Sandra Corcina Vest nəvəsi Bruklinin həyat yoldaşına xüsusi hədiyyə edib.

Nənə Nikola Peltsə xüsusi dizaynlı “Nike Air Force 1” idman ayaqqabısı bağışlayıb.

Rəssam Adam Klaric ağ idman ayaqqabılarını minimalist hərf və rəsmlərlə bəzədib. Onların üzərində Bruklinin adı, onun döymələrindən birini xatırladan mələklərin təsviri, həmçinin cütlüyün adlarının ilk hərfləri olan ürəklər həkk olunub.

Qeyd edək ki, Bruklin və Nikola aprelin 9-da ailə qurublar.



Mənbə: gazeta.ru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.