UEFA prezidenti "Barselona", "Real Madrid" və "Yuventus"a görə məhkəməyə verilib

16-04-2022, 11:17           
UEFA prezidenti "Barselona", "Real Madrid" və "Yuventus"a görə məhkəməyə verilib
ABŞ-dan olan iş adamı Çarli Stiliatano UEFA prezidenti Aleksander Çeferini məhkəməyə verib.

"Report" "The New York Times"a istinadən xəbər verir ki, Avropa futbol qurumunun rəhbəri İspaniyanın "Real Madrid", "Barselona" və İtaliyanın "Yuventus" komandalarının iştirakı ilə beynəlxalq turnirlərin Şimali Amerikada keçirilməsinə mane olub.

Çeferin Stiliatanonun Avropa Super Liqasını yaradaraq UEFA-nı məhz etməyə çalışan klublarla əməkdaşlığına qarşı olduğunu bildirib. İş adamının vəkilləri bu mesajı təhdid kimi qiymətləndiriblər.

Qeyd edək ki, "Barselona", "Real Madrid" və "Yuventus"un təsis etdiyi Superliqada İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.