“Yuventus” fantastik qolla son anda məğlubiyyətdən xilas oldu, “Borussiya” darmadağınla qalib gəldi - VİDEO

17-04-2022, 08:15           
“Yuventus” fantastik qolla son anda məğlubiyyətdən xilas oldu, “Borussiya” darmadağınla qalib gəldi - VİDEO
İtaliya A Seriyasının 33-cü turunun “Yuventus” - “Bolonya” matçı maraqlı məqamlarla yadda qalıb.

Belə ki, qarşılaşmada hesabı açan qonaqlar oyunu 9 nəfərlə başa vurmalı olublar.

İkinci hissəyə əlavə edilmiş 5-ci dəqiqədə “Yuve”nin forvardı Alvaro Morata topu aşırma zərbə ilə rəqibin qapısı önünə yönəldib. Duşan Vlahoviç isə topu bir metr məsafədən başı ilə tora göndərib - 1:1. Nəticədə, “Qoca Sinyora” məğlubiyyətdən son anda yaxa qurtara bilib.


Almaniya Bundesliqasında isə növbəti tur Dortmund “Boriussiya”sı üçün uğurlu olub. Komanda “Volfsburq”un qapısından düz 6 top keçirib. Qonaqların gücü onlardan yalnız birinin əvəzini çıxmağa çatıb – 6:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru