Maradonanın əllə qol vurduğu zaman geyindiyi idman köynəyi hərraca çıxarılacaq

17-04-2022, 09:33           
Maradonanın əllə qol vurduğu zaman geyindiyi idman köynəyi hərraca çıxarılacaq
Məşhur argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il Dünya Çempionatında İngiltərə - Argentina matçında məşhur “Tanrının əli” və “Əsrin qolu” adlı iki zərbəni vurduğu zaman geyindiyi idman köynəyi aprelin 20-də hərraca çıxarılacaq.

“Sotheby's” hərrac evi Maradonanın məşhur formasının satış qiymətinin 4-6 milyon funt sterlinq arasında olacağını gözləyir.

Qeyd edək ki, İngiltərə və Argentina 1986-cı il Dünya Çempionatının 1/4 finalında üz-üzə gəlib. 22 iyunda baş tutan oyunda 25 yaşlı Maradona 2 qol vurmaqla matçın taleyini həll edib (2:1).

Mənbə: “Haber Global”












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru