“Real”dan möhtəşəm əzmkarlıq: Benzema daha bir oyunu boş keçmədi – VİDEO

18-04-2022, 09:07           
“Real”dan möhtəşəm əzmkarlıq: Benzema daha bir oyunu boş keçmədi – VİDEO
İspaniya La Liqasının XXXII turunda “Real” səfərdə “Sevilya” ilə qarşılaşıb.

Oxu.Az xəbər verir ki, olduqca gərgin keçən və qarşılıqlı qolların vurulduğu qarşılaşmada qonaqlar qalib gəliblər.

Maraqlıdır ki, hesabı əndəlüslülər açıb. Rakitiç fərqlənib. Ardınca Lamela fərqi iki topa çatdırıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə üç qol vuran “Real” yekunda əzmkar qələbəyə sevinib.

90+2-ci dəqiqədə fərqlənərək komandasına qələbə qazandıran Kərim Benzema isə bu mövsüm “Real” forması ilə meydana çıxdığı 39-cu oyunda 39-cu qolunu vurub.

Matçın qollarını təqdim edirik:












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru