Türkiyə Kuboku: "Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazanıb

20-04-2022, 08:45           
Türkiyə Kuboku: "Trabzonspor" ilk yarımfinal oyununda qələbə qazanıb
Türkiyə Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib. "Report"un məlumatına görə, "Medical Park" stadionunda "Trabzonspor" "Kayserispor"u qəbul edib.

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 87-ci dəqiqədə Andreas Kornelius vurub.

Digər yarımfinalda "Alanyaspor" "Sivasspor"u qəbul edəcək. Oyun aprelin 20-də olacaq.

Qeyd edək ki, cavab görüşləri 10-11 mayda gerçəkləşəcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.