Fanatlar birgə şəkil çəkdirərkən Formula 1 liderinin qol saatını oğurladılar

20-04-2022, 10:16           
Fanatlar birgə şəkil çəkdirərkən Formula 1 liderinin qol saatını oğurladılar
Formula 1 üzrə “Ferrari” komandasının pilotu Şarl Lekler gəzinti zamanı qarət edilib.

Hadisə axşam saatlarında İtaliyanın Viarecio şəhərində baş verib. Lekler fitnes üzrə məşqçisi və dostları ilə birlikdə gəzintiyə çıxıb və bu zaman naməlum şəxslər özlərini yarışçının pərəstişkarı kimi təqdim edərək onunla şəkil çəkdirməyi xahiş ediblər.
Nəticədə pilotun unikal kolleksiyadan olan “Rolex” saatı oğurlanıb. Onun dəyəri bir neçə min avro təşkil edir.

İdmançı itkini həmin şəxslərin gedişindən bir neçə dəqiqə sonra aşkarlayıb.

İndisentlə bağlı şəhər polisi araşdırmaya başlayıb.

Mənbə: sport-express.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru