“Barselona” üç xalı tək qolla qazandı – VİDEO

22-04-2022, 09:43           
“Barselona” üç xalı tək qolla qazandı – VİDEO
İspaniya La Liqasının XXXIII turunda “Barselona” “Real Sosyedad”a qonaq olub.

Oxu.Az xəbər verir ki, görüş qonaqların minimalhesablı qələbəsi ilə yekunlaşıb.

“Barselona”nın yeganə qoluna 11-ci dəqiqədə Pyer Emerik Obameyanq imza atıb. O, Ferran Torresin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu nəticə ilə xallarını 63-ə çatdıran “Barselona” turnir cədvəlinin ikinci pilləsindəki mövqeyini qoruyub.

Matçdan görüntüləri təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.