Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək

23-04-2022, 09:53           
Şəhriyar Məmmədyarov bu gün ikinci görüşünü keçirəcək
Bu gün Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının birinci mərhələsində növbəti görüşünü keçirəcək.

Bizim.Media-nın məlumatına görə, 37 yaşlı qrossmeyster "Oslo Esports Cup"ın ikinci turunda Hindistan təmsilçisi Rameşbabu Praqnanandha ilə üz-üzə gələcək.

Məmmədyarov ilk turda çinli Le Kuanq Lyeyə qalib gəlib - 2,5:1,5.

"Oslo Esports Cup" da Aniş Giri, Yorden van Forrest (hər ikisi Niderland), Yan-Kşiştof Duda (Polşa) və Erik Hansen (Kanada) də iştirak edir.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru