“Trabzonspor”u çempionluqdan bir xal ayırır – VİDEO

24-04-2022, 08:18           
“Trabzonspor”u çempionluqdan bir xal ayırır – VİDEO
Futbol üzrə Türkiyə Super Liqasının XXXIV turunda daha bir oyun keçirilib.

Oxu.Az xəbər verir ki, lider “Trabzonspor” “Adana Dəmirspor”la qarşılaşıb.

Görüş trabzonluların 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə xallarının sayını 76-a çatdıran “Trabzonspor”u sona 4 tur qalmış çempionluqdan sadəcə bir xal ayırır.

Liderlə ikinci pillədəki “Fənərbaxça” arasındakı xal fərqi 11-ə çatıb.

Matçın qollarını təqdim edirik:












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.