İsmayıllını təmsil edən 13 yaşlı futbolçu qızlar finalda
18-04-2016, 21:02
teref.az - 13 yaşlı futbolçu qızlar finalda İsmayıllını təmsil edən Hacıhətəmli kənd tam orta məktəbinin 13 yaşlı qızlardan ibarət “Babadağ” futbol komandası Respublika yarışında iştirak edib. 51 komanda arasında gərgin keçən yarışların nəticəsi olaraq finala çıxıb. Finalda rəqibi Bakının “Təhsil” komandası olacaq.2014-2015-ci il futbol mövsümündə çempion olmuş qızlar 2015-2016-cı il çempionatında da birinci olmaq əzmindədirlər. U-13 liqasında yarışlara komandanı məşqçi Ədalət Əhmədov hazırlayıb. Komandanın finala çıxması münasibətilə rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov rayon ictimaiyyətinin,gənclər və idman strukturlarının nümayəndələrinin iştirakı ilə idmançılarla görüş keçirib. Onları finala çıxmaları münasibətilə təbrik edib, çempion olmağı arzulayıb, hazırlıq işlərində hərətərəfli yardımçı olmağı aid qurumlara tapşırıb. teref.az