"Qarabağ"ın çempionluq, "Neftçi"nin avrokuboklara vəsiqə şansı

24-04-2022, 10:37           
"Qarabağ"ın çempionluq, "Neftçi"nin avrokuboklara vəsiqə şansı
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun oyunları keçiriləcək.

Qaynarinfo-nun məlumatına görə, turun bütün matçları eyni gündə baş tutacaq.
Günün ilk matçında 55 xalla lider olan "Qarabağ" 35 xalla 4-cü sıradakı "Qəbələ"nin qonağı olacaq. "Köhlən atlar" qələbə qazansa, ölkə çempionluğunu vaxtından əvvəl rəsmiləşdirə bilər. Bunun üçün "Neftçi"nin "Səbail" səfərində xal itirməlidir.

Günün ikinci matçında avrokuboklara iddialı "Sabah" "Şamaxı"nı qəbul edəcək. Paytaxt klubu 32 xalla 5-ci, əyalət təmsilçisi 20 xalla 6-cıdır.

Avrokuboklara digər iddialı komanda "Zirə" "Sumqayıt"la üz-üzə gələcək. "Qartallar" 39 xalla 3-cü, meydan sahibləri 15 xalla 7-ci pillədədir.

Bu tur "Neftçi" avrokuboklara vəsiqəni təmin edə bilər. "Ağ-qaralar" "Səbail"i məğlub edəcəyi təqdirdə istəyinə çatacaq. Son ölkə çempionu 44 xalla ikinci, "dənizçilər" 14 xalla sonuncu - 8-ci yerdədir.

Premyer Liqa
XXIV tur
24 aprel

17:30. "Qəbələ” – "Qarabağ”
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu

18:30. "Sabah” – "Şamaxı”
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Eyyub İbrahimov, Əliyar Ağayev
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
"Bank Respublika Arena”

20:00. "Sumqayıt” – "Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Rüfət Əmirov
"Kapital Bank Arena”

20:00. "Səbail” – "Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
"ASCO Arena”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.