Avropa Kuboku: Azərbaycan yığması birinci yeri tutub

25-04-2022, 08:57           
Avropa Kuboku: Azərbaycan yığması birinci yeri tutub
Cüdo üzrə Azərbaycan millisi Xorvatiyanın Dubrovnik şəhərində başa çatan Avropa Kubokunda ümumi hesabda çempion olub.

"Report" xəbər verir ki, 25 ölkədən 257 idmançının qatıldığı turnirdə 10 cüdoçu ilə təmsil olunan yığma 4 qızıl və 1 bürünc medal qazanıb.

Bununla da Azərbaycan medal əyarına görə, komanda hesabında birinci yeri tutub.

Qeyd edək ki, millinin heyətində İsmayıl İbrahimov (66 kq), Nəriman Mirzəyev (73 kq), Zelim Tçkayev (81 kq) və İmran Yusifov (+100 kq) qızıl, Nazir Talıbov (60 kq) isə bürünc medala sahib çıxıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru