“Milan” son dəqiqə qolu ilə əzmkar qələbə qazandı – VİDEO

25-04-2022, 09:13           
“Milan” son dəqiqə qolu ilə əzmkar qələbə qazandı – VİDEO
İtaliya A seriyasının XXXIV turunda “Latsio” “Milan”ı qəbul edib.

Çempionluq yolunda olduqca vacib görüşdə “Milan” səfərdən əzmkar qələbə ilə dönüb.

Hesabı “Latsio” erkən qolla açıb. Çiro İmmobile 4-cü dəqiqədə fərqlənib.

İkinci hissədə oyunda dönüş yaradan “Milan” əvvəlcə Olivye Jirunun qolu ilə bərabərliyi təmin edib. Matça əlavə olunmuş 2-ci dəqiqədə isə Tonali İbrahimoviçin ötürməsini dəqiq zərbə ilə tamamlayıb.

Bu nəticədən sonra xallarının sayını 74-ə çatdıran “Milan” bir oyun artıq olmaqla liderliyə yüksəlib. İkinci pillədəki “İnter” bir oyunu əskikdir və komandanın 72 xalı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru