Rusiyada populyar şahmat resursu bloklandı

25-04-2022, 10:23           
Rusiyada populyar şahmat resursu bloklandı
Roskomnadzor Baş Prokurorluğun qərarı ilə onlayn şahmat resursu "chess.com"a girişi məhdudlaşdırıb.

Portalda aktual xəbərlər və forum da yer alır. Burada Ukraynadakı vəziyyətlə bağlı məqalələr yerləşdirilib.

Məqalələrdən birində deyilir ki, "Chess.com" administrasiyası Rusiyanın Ukraynada hərbi əməliyyat keçirməsini pisləyir. Bununla əlaqədar olaraq sayt beynəlxalq sanksiyalara məruz qalan Rusiya və Belarus şahmatçılarının, o cümlədən bir çox rus oliqarxlarının hesablarını bloklayıb, onlardan abunə haqqını qəbul etməyi dayandırıb və qrossmeyster Sergey Karyakinin turnirlərdə iştirakını qadağan edib.

Resursun bloklanması da məhz bu yazılar səbəb olub.

Mənbə: rbc.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru