"İdmançılar soyuq su içib, xəstələniblər"- Olimpiya Kompleksinin direktoru

26-04-2022, 12:42           
"İdmançılar soyuq su içib, xəstələniblər"-
Xəbəır verdiyimiz kimi, dünən Göygöl Olimpiya İdman Kompleksində bir qrup gənc cüdoçunun zəhərlənmə dianqozu ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Kompleksin direktoru Mövlud Mirəliyev AzVision.az -a açıqlamasında bildirib ki, dünən gənc idmançılar məşqdən sonra soyuq su içdikləri üçün mədələrində yüngül narahatlıq hiss ediblər:

"Onlar müayinə üçün xəstəxanaya aparılıblar və cəmi 2 saat ərzində müayinə olunduqdan sonra kompleksə geri qaydıblar. Həmin idmançıların səhhətləri normaldır, özlərini yaxşı hiss edirlər hazırda məşqlərinə davam edirlər. Buna baxmayaraq, onlardan götürülmüş nümunələr test üçün laboratoriyaya göndərilib. Nəticəsi barədə əlavə informasiya veriləcək".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.