Polis azarkeşi tribunadan QOVDU:

27-04-2022, 08:09           
Polis azarkeşi tribunadan QOVDU:
I Divizionun XXIV turunda MOİK – “Sumqayıt-2” ilə qarşılaşıb.

Futbolpress.az xəbər verir ki, Binə qəsəbə stadionunda keçirilən matçın sonlarına yaxın tribunada insident yaşanıb.

Polislər MOİK azarkeşini tribunadan uzaqlaşdırıb. Buna onun “səs-küy salması” səbəb göstərilib. Azarkeş öncə tribunanı tərk etmək istəməsə də, hüquq-mühafizə orqanlarının əməkdaşları onu buna məcbur edib.

Qeyd edək ki, MOİK – “Sumqayıt-2” oyunu 2:0 hesabı ilə bitib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.