Çempionlar Liqası: “Mançester Siti” – “Real” matçında 7 qol vuruldu – VİDEO

27-04-2022, 09:34           
Çempionlar Liqası: “Mançester Siti” – “Real” matçında 7 qol vuruldu – VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.

Mançesterdə öz ölkə çempionatlarının hazırkı liderləri “Mançester Siti” (İngiltərə) ilə Madrid “Real”ı (İspaniya) qarşılaşıb. 7 qolun vurulduğu oyunda ev sahibləri üstün olub – 4:3

Komandalar arasında cavab görüşü mayın 4-də keçiriləcək.

Xatırladaq ki, son İngiltərə çempionu, ÇL-in son finalçısı olan “şəhərlilər”lə “Kral klubunun”nun axırıncı dueli 2020-ci ildə baş tutub. Çempionlar Liqasının 1/8 finalı çərçivəsindəki hər iki oyunda ingilislər 2:1 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, digər yarımfinal matçı aprelin 27-də İngiltərədə “Liverpul” və İspaniya “Vilyareal”ı arasında olacaq.

UEFA Çempionlar Liqası

1/2 final (ilk oyun)

“Mançester Siti” (İngiltərə) – “Real” (İspaniya) 4:3












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.