Çempionlar Liqası: “Liverpul” “Vilyareal”a qalib gəldi - YENİLƏNİB + VİDEO

28-04-2022, 09:23           
Çempionlar Liqası: “Liverpul” “Vilyareal”a qalib gəldi - YENİLƏNİB + VİDEO
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.

Bu raundun ikinci matçında “Liverpul” İspaniyanın “Vilyarreal” klubunu qəbul edib.

“Enfild”dəki görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hər iki qol ikinci hissədə vurulub. Hesab 53-cü dəqiqədə açılıb. Qonaqların müdafiəçisi Estupinan avtoqol müəllifi olub.

Cəmi 2 dəqiqə sonra isə Sadio Mane fərqlənib.

Komandalar arasında cavab matçı mayın 3-də İspaniyada keçiriləcək.

UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
28 aprel

“Liverpul” (İngiltərə) – “Vilyarreal” (İspaniya) - 2:0
Qollar: Estupinan, 53 (avtoqol), Sadio Mane, 55


00:12

UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşünün ilk oyunu keçirilir.

Oxu.Az xəbər verir ki, “Liverpul” “Vilyareal”la qarşılaşır.

Matçda iki qol vurulub.

53-cü dəqiqədə Estupinan topu öz qapısından keçirib və avtoqol müəllifi olub.

Bundan iki dəqiqə sonra isə Mane fərqi artırıb.

“Liverpul” hazırda öndədir.

10:14

Bu gün UEFA Çempionlar Liqasında ikinci yarımfinal oyunu keçiriləcək.

Oxu.Az xəbər verir ki, “Liverpul” öz evində 1/8 finalda “Yuventus”, 1/4 finalda “Bayern”i turnirdən kənarlaşdırmış İspaniyanın “Vilyareal” klubunu qəbul edəcək.

Tərəflər 2016-cı ildə Avropa Liqasının yarımfinalında da üz-üzə gəliblər. O vaxt İspaniyada meydan sahibləri 1:0 hesabı ilə qalib gəlsələr də, “Enfild Roud”dakı qarşılaşmada “Liverpul” 3:0 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Liverpul”un həmin heyətindən Roberto Firmino və Ceyms Milner yenə komandadadırlar.

UEFA Çempionlar Liqası

1/2 final (ilk oyun)

28 aprel

23:00 “Liverpul” (İngiltərə) – “Vilyareal” (İspaniya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Liverpul. “Enfild” stadionu

Oynamayacaqlar: Alberto Moreno, Yeremi Pino (hər ikisi “Vilyareal”)

Oynaması sual altında olanlar: Roberto Firmino (“Liverpul”), Jerar Moreno (“Vilyareal”)

Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniyanın “Real” klubu İngiltərədə “Mançester Siti”yə 3:4 hesabı ilə uduzub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru