PSJ-nin Neymarı neçəyə satacağı məlum olub

29-04-2022, 09:08           
PSJ-nin Neymarı neçəyə satacağı məlum olub
“Pari Sen-Jermen” klubu hücumçusu Neymarı sata bilər.

Bu barədə AS öz mənbələrinə istinadla xəbər verir.

Mənbənin məlumatına görə, fransız klubu braziliyalı üçün 90 milyon avro (153 milyon manat) almağı planlaşdırır.

Xatırladaq ki, bir müddət əvvəl Neymar özü də PSJ-də daha üç mövsüm oynamağı planlaşdırdığını bildirmişdi.

Neymar 2017-ci ildə PSJ-yə keçib. Parislilər braziliyalı üçün “Barselona”ya 222 milyon avro ödəyiblər ki, bu da futbol tarixində rekord transfer məbləği olub. Neymar və PSJ arasındakı müqavilə 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Bu mövsüm Neymar PSJ forması ilə 25 oyun keçirib. Bu oyunlarda 11 qol vurub və beş məhsuldar ötürmə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.