“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı - VİDEO

3-05-2022, 09:04           
“Mançester Yunayted” 3 xalı 3 qolla qazandı - VİDEO
İngiltərə Premyer Liqasında 35-ci tura “Mançester Yunayted” – “Brentford” matçı ilə yekun vurulub.

Mankunianların 37 yaşlı hücumçusu Kriştianu Ronaldu bu dəfə də fərqlənməyi bacarıb. Onun 45-ci dəqiqədəki ilk qolu ofsayd səbəbindən VAR sayəsində ləğv edilsə də, 61-ci dəqiqədəki penalti vuruşu hesaba alınıb. Bü mövsüm Premyer Liqada 18 qolun müəllifi olan portuqaliyalı yalnız Salah və Sondan geri qalır.

Oyuna gəlincə, ev sahiblərinin üstünlüyü ilə keçən qarşılaşmada yekun nəticə 3:0 olub.


Hazırda “qırmızı şeytanlar” turnir cəvdəlində 6-cı, onun rəqibi isə 14-cü yerdə qərarlaşıb.

Qeyd edək ki, turun öncəki oyunlarında “Liverpul” “Nyukasl Yunayted”ə 1:0, “Mançester Siti” “Lids”ə 4:0 hesabı ilə qalib gəlib.

Dünən isə “Çelsi” səfərdə “Everton”a uduzub - 0:1, “Arsenal” qonaq meydanda “Vest Hem”dən üstün olub - 2:1.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru