Benzema Uqo Sançesin rekordunu təkrarladı

3-05-2022, 12:03           
Benzema Uqo Sançesin rekordunu təkrarladı
"Real"in futbolçusu Kərim Benzema komandanın keçmiş hücumçusu Uqo Sançesin qol rekordunu təkrarlayıb.

Qol.az "Opta"ya istinadən xəbər verir ki, o, buna 2021/22 mövsümündə bütün turnirlərdə ümumilikə 40 qol vurmaqla nail olub. Fransalı hücumçu klub tarixində belə nəticəyə çatan 5-ci oyunçudur. Bu siyahıda Benzema ilə yanaşı, Madrid təmsilçisinin keçmiş futbolçuları Kriştiano Ronaldo, Alfredo Di Stefano, Ferens Puşkas və 1989/1990 mövsümündə 40 qol vuran Uqo Sançes də var.

"Real"ın mövsümün sonunadək qarşıda bir neçə matçı olduğu üçün Kərim Benzema meksikalı əfsanəvi Uqo Sançesi keçmək üçün şansa malikdir.

Qeyd edək ki, Benzemanın "Real"la müqaviləsi 2023-cü ilin yayına qədərdir. O, 11 ildir ki, Madrid klubunda çıxış edir. Uqo Sançes isə 1985-92-ci illərdə bu komandada oynayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru