"Fənərbağça" "Trabzonspor"u məhkəməyə verib

3-05-2022, 21:30           
"Fənərbağça" "Trabzonspor"u məhkəməyə verib
Pankarta görə

Türkiyənin "Fənərbağça" klubu "Trabzonspor"u məhkəməyə verib.

Buna Qara dəniz təmsilçisinin evdə "Antalyaspor"la bərabərə qaldığı Superliqanın XXXV tur oyunu zamanı açdığı pankart səbəb olub.

Pankartda ov tüfənginin hədəfində "Fənərbağça"nın simvolu olan sərçə təsvir edilib. "Sarı-lacivərdlilər" iddia edirlər ki, "Trabzonspor" bununla 2015-ci il aprelin 4-də İstanbul klubunun avtobusuna edilən silahlı hücuma haqq qazandırmağa çalışır.

Qeyd edək ki, evdə "Antalyaspor"la 2:2 hesablı heç-heçə edən "Trabzonspor" 38 ildən sonra Türkiyə çempionu olub.modern.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru