Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

4-05-2022, 08:57           
Çempionlar Liqasında ilk finalçı müəyyənləşib
İngiltərənin "Liverpul" komandası UEFA Çempionlar Liqasında finala yüksəlib. "Report"un məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinal mərhələsində İspaniya "Vilyarreal"ını üstələyib.

Evdə 2:0 hesabı ilə qalib gəlmiş "qırmızılar" səfər oyununda əzmkar qələbəyə imza atıblar - 3:2.

Hesabı artıq 3-cü dəqiqədə "Vilyarreal"ın hücumçusu Bulaye Dia açıb. 41-ci dəqiqədə Fransis Koklin fərqi artırıb.

Fasilədən sonra "Liverpul" dönüş etməyi bacarıb. Fabinyo 62-ci, Luis Dias 67-ci, Sadio Mane isə 74-cü dəqiqədə fərqlənib.

"Vilyarreal"ın qalan dəqiqələrdə məğlubiyyətdən qurtulma cəhdləri alınmayıb. Üstəlik, 86-cı dəqiqədə Etyen Kapu ikinci sarı vərəqəni alaraq, meydandan qovulub.

UEFA Çempionlar Liqası, yarımfinal

Cavab oyunu

3 may

23:00. "Vilyarreal" (İspaniya) - "Liverpul" (İngiltərə) - 2:3

Qollar: Bulaye Dia, 3. Fransis Koklen, 41 - Fabinyo, 62. Luis Dias, 67. Sadio Mane, 74

Qırmızı vərəqə: Etyen Kapu, 86 ("Vilyarreal")

İlk oyun - 0:2

Baş hakim: Danni Makkeli (Niderland)

Vilyarreal, "Estadio de la Keramika" stadionu

Qeyd edək ki, finalda "Liverpul"un rəqibi İspaniyanın "Real Madrid" və İngiltərənin "Mançester Siti" komandaları arasında keçiriləcək digər yarımfinal cütünün qalibi olacaq. Bu komandaların İngiltərədəki görüşündə "Mançester Siti" qələbə qazanıb - 4:3.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.