Çempionlar Liqası: finalda “Liverpul”la Madrid “Real”ı üz-üzə gələcək

5-05-2022, 09:13           
Çempionlar Liqası:
UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçirilib

UEFA Çempionlar Liqasında ikinci yarımfinal görüşü keçirilib. AYNA xəbər verir ki, Madrid “Real”ı yarımfinal mərhələsinin cavab oyununda İngiltərənin “Mançester Siti” klubunu qəbul edib.

Santyaqo Bernabeu adına stadionda baş tutan matç öz gərginliyi ilə komandalar arasında Mançesterdə keçirilmiş və “şəhərlilər”in 4:3 hesabı ilə qələbə qazandıqları ilk oyundan heç də geri qalmayıb.

Artıq İspaniya çempionluğunu təmin etmiş “Real” bu mövsüm ikinci böyük titula doğru irəliləmək üçün iki top fərqi ilə qalib gəlməli idi və “Kral klubu” əlavə vaxtda da olsa, bu vəzifənin öhdəsindən gələ bilib – 3:1.

Qeyd edək ki, mayın 28-də Çempionlar Liqasının həlledici qarşılaşmasında “Real” “Liverpul”la qarşılaşacaq. Final Fransanın paytaxtı Parisin Sen-Deni bölgəsində yerləşən “Stad de Frans”da baş tutacaq.

UEFA Çempionlar Liqası

1/2 final (cavab oyunu)

“Real” (İspaniya) – “Mançester Siti” (İngiltərə) 3:1

İlk oyun – 3:4

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru