Şəhriyar Məmmədyarov məğlub oldu

6-05-2022, 08:38           
Şəhriyar Məmmədyarov məğlub oldu
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində mübarizəyə başlayıb.

KONKRET.az xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə keçirilən yarışın ilk turunda ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb. Qara fiqurlarla oynayan Məmmədyarov 52-ci gedişdə təslim olub.

Turnirdə həmçinin, Alireza Firuzca, Maksim Vaşye-Laqrav (hər ikisi Fransa), Levon Aronyan, Fabiano Karuana, Leyner Dominges (hamısı ABŞ), Yan Nepomnyaşi (FIDE), Riçard Rapport (Macarıstan) və Boqdan Danyel-Dyak (Rumıniya) da qüvvəsini sınayır.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru