Avropa Liqasında finalçılar bəlli oldu - VİDEO

6-05-2022, 09:23           
Avropa Liqasında finalçılar bəlli oldu - VİDEO
UEFA Avropa Liqasında yarımfinal mərhələsinə yekun vurulub.

Oxu.Az xəbər verir ki, cavab oyunlarından sonra turnirin finalçıları bəlli olub.

Almaniyadakı ilk matçda minimal hesablı qələbə qazanan “Leyptsiq” bu dəfə “Reyncers”lə Şotlandiyada üz-üzə gəlib. Rəqibinə 1:3 hesabı ilə uduzan qonaqlar turnirlə vidalaşıb. Meydan sahibləri isə finala çıxıb.

Gecənin digər oyununda Almaniya “Ayntraxt”ı evdə İngiltərə “Vest Hem”inə minimal hesabla qalib gələrək, finala yüksəlib.

Londondakı ilk görüş də Frankfurt təmsilçisinin xeyrinə başa çatmışdı

UEFA Avropa Liqası, yarımfinal
Cavab oyunları
5 may

“Reyncers” (Şotlandiya) – “Leyptsiq” (Almaniya) - 3:1
Qollar: Ceyms Tavernye, 19. Qlen Kamara, 24. Con Landstrem, 81 - Kristofer Nkunku, 71
İlk oyun - 0:1


“Ayntraxt” (Almaniya) – “Vest Hem” (İngiltərə) - 1:0
Qol: Rafael Borre, 26
Qırmızı vərəqə: Aaron Kressuell, 17 (“Vest Hem”)
İlk oyun - 2:1


Qeyd edək ki, Avropa Liqasının finalı mayın 18-də İspaniyanın Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru