Şəhriyar Məmmədyarov heç-heçə etdi

7-05-2022, 08:05           
Şəhriyar Məmmədyarov heç-heçə etdi
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Bizim.Media xəbər verir ki, 37 yaşlı qrossmeyster Rumıniyanın paytaxtı Buxarestdə dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda ağ fiqurlarla macarıstanlı Rixard Rapportla üz-üzə gəlib.

Qarşılaşma 37-ci gedişdə heç-heçə yekunlaşıb.

Qeyd edək ki, Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru