“Liverpul” “Tottenhem”lə bacarmadı - VİDEO

8-05-2022, 10:14           
“Liverpul” “Tottenhem”lə bacarmadı - VİDEO
İngiltərə Premyer Liqasında turun mərkəzi qarşılaşması baş tutub.

Bu mövsüm həm ölkəsinin, həm də Avropanın ən yaxşı komandası adını qazanmağı hədəfləyən “Liverpul” doğma azarkeşləri önündə “Tottenhem”i qəbul edib.

“Enfild”də baş tutan matç minimal hesablı heç-heçə ilə bitib – 1:1.

Qeyd edək ki, Klopun yetirmələri finişə yaxın mühüm xallardan məhrum olsalar da, bu nəticə mersisaydlıları çempionatın liderliyinə yüksəldib. Hazırda ikinci pilləyə düşən “Mançester Siti” isə mayın 8-də “Nyukasl”ı qonaq edəcək.

“Tottenhem”ə gəlincə, turnir cədvəlində 5-ci olan komanda sona üç tur qalmış ilk dördlüyə düşərək Çempionlar Liqasına qatılmaq şansını hələ də saxlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru