Transgenderlə intim əlaqə İngiltərə millisinin ulduzuna baha başa gəldi

8-05-2022, 10:23           
Transgenderlə intim əlaqə İngiltərə millisinin ulduzuna baha başa gəldi
Britaniya mediası ötən il baş verən bir hadisədən xəbər tutub.

Məlum olub ki, adı açıqlanmayan məşhur Premyer Liqa futbolçusu karantin zamanı eskort xidmətləri göstərən bir transgenderlə saytda tanış olub və kirayə mənzildə onunla intim münasibət üçün 150 funt sterlinq ödəyib.

Ancaq sevgi macəraları futbolçuya baha başa gəlib. Belə ki, transgender onu şantaj etməyə başlayıb. O, idmançının gizli videolarını çəkib, mesajlarını saxlayıb və bütün bunları ictimailəşdirmək həsədilə ondan 30 min funt sterlinq tələb edib.

Məlumata görə, futbolçu bir neçə dəfə pul versə də, şantajçı ondan əl çəkməyib. Nəticədə, idmançı polisə müraciət etməli olub.

Ciniayətkar tutularaq dindirilib. Lakin futbolçu ifadə verməkdən və əməkdaşlıq etməkdən imtina edib. O, adının hallanmasından və azarkeşlərin onu ələ salacağından narahat olduğunu bildirib.

Polis istintaqı dayandırmalı olub və baş verənlər barəsində yalnız futbolçunun klubuna məlumat verilib.

Mənbə: “Matç TV”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.