Messi Fransada yeni antirekord müəyyənləşdirib

9-05-2022, 11:48           
Messi Fransada yeni antirekord müəyyənləşdirib
Fransanın PSJ klubunun futbolçusu Lionel Messi Liqa 1-də mövsüm ərzində qapı tiri və dirəyinə tuş gələn zərbələrin sayına görə antirekord müəyyənləşdirib.

"Report" "Opta"ya istinadən xəbər verir ki, argentinalı hücumçu 10 dəfə bu şanssızlığı yaşayıb. Müvafiq statistik məlumatlar toplanmağa başladıqdan sonra heç bir futbolçu belə halla üzləşməyib.

Qeyd edək ki, 35 yaşlı forvard bu mövsüm Fransa çempionatında 23 oyuna çıxıb. Ulduz futbolçu bu matçlarda 4 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru